ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin aparıcısı Elgiz efirdə bu yaxınlarda başlarına gələn qorxunc bir hadisəni danışıb. Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, aparıcı Şəkidə gecə saatlarında itlərin hücumundan necə yaxa qurtardıqlarını tamaşaçılara açıqlayıb:
"Bir insan bizi kollektiv şəkildə Şəkiyə qonaq çağırmışdı. Təsəvvür edin, gecə saat 2-də Gülarə xanım, Əli müəllim və mən Şəkidə bir otelə dedik piyada gedək. Gülarə xanım bizdən qabaqda iti-iti körpünün üstü ilə gedir. Heç demə, körpünün altında su da yox imiş. Bu vaxt təxminən 10 it bizə hücum etdi. Əli müəllim məndən qabaqda idi. Mən elə qorxdum ki, özümü körpüdən atmaq istəyirdim. Fikirləşdim ki, su var orada. Düşəcəm suyun içinə, nolacaq ki, sonra sudan çıxaram. Elə özümü atmaq istədiyim an Əli müəllim necə hücum etdisə bu itlərin üstünə, itlər gözdən itdi".
Qeyd edək ki, verilişdə ekspert qismində çıxış edən Əli Mirəliyev Elgizin bu açıqlamasını təsdiqləyib.