“CinemaPlus Azərbaycan” kinoteatrında Litvalı rejissorun premyerası keçirilib

12:59 - 19 Oktyabr 2017 - MAQAZİN

 “CinemaPlus Azərbaycan” premium kinoteatrında məşhur litvalı sənədli film rejissoru Audryus Stonis ilə görüş keçirilmişdir, həmçinin onun “Qadın və buzlaq” (Woman and the Glacier) filmi nümayiş olunmuşdur. Tədbir Azərbaycan Respublikası kinematoqrafçılar İttifaqının və Litva Respublikasının ölkəmizdəki səfirliynin birgə təşkilatçılığı ilə keçirilmişdir.  
Tədbirdə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, diplomatik missiyaların nümayəndələri, məşhur mədəniyyət və incəsənət xadimləri iştirak etmişdir. Azərbaycan Respublikası kinematoqrafçılar İttifaqının sədri, SSSR və Azərbaycan Dövlət mükafatı laureatıçısı, Xalq artisti Şəfiqə Məmmədova qonaqları salamlamışdır və qeyd etmişdir ki, Audryus Stonisin filmi ölkələr arasında növbəti mədəniyyət körpüsüdür. 
Audryus Stonis film üzərində işdən danışmış və çoxsaylı sualları cavablandırmışdır.  “Qadın və buzlaq” filmi Qazaxıstanda çəkilmişdir. “Qadın və buzlaq”  -  mütləq kinematoqrafik əsərdi, hansı ki, sənədli filmlərdə çox az rast gəlinir. Audryus Stonis  - Avropada müasir bədii kinematoqrafın lideridir, hansıkı dünyaya onun son dərəcə yaxşı işləri ilə ötürülür. Bu film qəribə adam, litvalı alim Auşr Revutayt haqqındadır, hansını ki, rejissor Tyan-Şan dağlarında 3500 metr hündürlükdə Tuyuksu buzlağında tapmışdır. 61 yaşlı qadın artıq 32 ildir bu buzlaqda yaşayır və bütün ömrünü elmə həsr edib. Bütün bu illəri o tənhalıq içində yaşayır – canlı məxluqdan yalnız pişik və it, taxta evdə, demək olar ki, hər zaman soyuq , çox sərt və ağır şəraitdə, havada aşağı miqdarlı oksigen ilə yaşayır.  Buzlaqlardan birini adı Qazaxıstan coğrafiya İnstitunun əfsanəvi alimin adını daşıyır.
Filmi üç il çəkiblər, yaradıcı heyət – rejissor, operator Audryus Kemejis və operatorun köməkçisi Tyan-Şan dağlarına hər biri iki həftə çəkən dörd ekspedisiya etməli olmuşdular. Nəticədə sənədli şah əsəri alınmışdır, hansı ki, təkcə Auşr Revutaytın həyatından deyil, həm də möhtəşəm dağ təbiətini, buzlaqları, mağaraları, su və daş uçğunlarını göstərir. Rejissor tamaşaçı qarşısında öz qəhrəmanını açıb göstərmək istəyirdi – lakin, onun fikrincə, o, yenə də dağlar kimi açılmamış və sirli qaldı. 
Audryus Stonis 1966-ci il aprelin 28-də Vilnusda, Çeslovas Stonis və Regina Kazlauskayt aktyor ailəsində doğulub. Litva dövlət konservatoriyasının telerejissorluq fakultəsinin tələbəsi olub, Litva kinostudiyasında və Litva televiziyasında işləyib. Nyu-Yorkda təcrübə keçib, Danimarkada Avropa kinokollecində və Tokionun Vaseda universitetində sənədli film kursları tədris edib. Avropa kinoakademiyasının və Avropa sənədli yayım şəbəkəsinin üzvüdür. İyirmiyə yaxın beynəlxalq kinofestivalların mükafatlarına layiq görülüb. 
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 


Xəbər xətti