Oktyabrın 17-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.