Paytaxtda gənc oğlanı biçaqlayıblar

08:20 - 14 Oktyabr 2017 - HADİSƏ

Ötən gecə paytaxtın Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. NZS qəsəbəsində 29 yaşlı Səbuhi İsmayıl oğlu Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Döş qəfəsindən çoxsaylı kəsilmiş-deşilmiş yaralar alan S.Əhmədovun vəziyyəti ağırdır. Hazırda Xətai Rayon Polis İdarəsində hadisənin səbəbləri araşdırılır.report

Xəbər xətti