Azərbaycanda əhalinin banklarda olan əmanətinin məbləği açıqlanıb

17:22 - 13 Oktyabr 2017 - Xəbər

2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.Trend-in məlumatına görə, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

Xəbər xətti