Aktyor Elməddin Cəfərov işbirliyinə son qoyduğu rejissor Ramin Hacıyevdən danışıb. Axşam.az-ın məlumatına görə, aktyor “Kulis” verilişində Ramindən incidiyini etiraf edib. Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin “Xəzər” telekanalına işə düzəlib:
“Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır. Getməyini gec bildim. Üç-dörd aydan sonra bildim ki, başqa şirkətlə müqavilə bağlayıb. Kaş mənə deyib gedərdi. Özüm ona dedim, boynuna aldı. Onun geri qayıtmasına mən razılıq versəm də, komanda istəməz. Çünki o, işi yarımçıq qoydu getdi.
Bu proseslər məni sarsıtdı. Hər gecə yuxuma gəlirdi və danışırdı. Maddi, mənəvi səbəb yox idi, axı qardaşdıq. Necə ola bilər?”.
Qeyd edək ki, uzun illər "Bacanaqlar" serialında həm aktyorluq edən, həm də rejissor kimi çalışan R.Hacıyev hazırda "Xəzər"də "AiləCanlı" adlı ekran işində rol alır.