Aeroport yolunda sürət həddi endirilib

10:40 - 13 Oktyabr 2017 - Xəbər

Paytaxtın əsas yollarında sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın əsas magistral yolları - Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.

Xəbər xətti