Yağ qutularında siqaretlər aşkarlanıb
16:01 - 12 Oktyabr 2017 - Xəbər
Dövlət Gömrük Komitəsi(DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.