Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.