Tərtərdə kişi arvadını döyərək ağır xəsarətlər yetirib. Hadisə şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb. Belə ki, rayon sakini Etibar Həsənov həyat yoldaşı 52 yaşlı Həsənova Kəmalə İsmayıl qızını küt alətlə döyüb. Ağır bədən xəsarətləri alan qadının hər iki qolu da sınıb.
Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırma aparır.report