ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. "Report" BBC telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir çox insan xəsarət alıb və ya itkin düşüb. Artıq 20 mindən çox insan öz evini tərk edib. Alov Şimali Kaliforniyanın səkkiz dairəsini bürüyüb. 1,5 mindən çox ev dağılıb. Napa, Sonoma və Yuba dairələrində fövqəladə vəziyyət rejimi elan edilib.