Məşhur fransız aktyor vəfat edib

16:29 - 9 Oktyabr 2017 - Xəbər

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib. Trend-in məlumatına görə, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, J.Roşfor 1950-ci illərdə aktyorluq karyerasına başlamışdı. O, “Varis”, “Möhtəşəm Anjelika”, “Fanfan-zanbaq”, “Qara çəkməli hündür sarışın” və digər filmlərdəki rolları ilə şöhrət qazanmışdı.

Xəbər xətti