ABŞ prezidenti Donald Tramp İlon Maskla ictimai qarşıdurma fonunda bir gündə 1,1 milyard dollardan çox itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8% ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib. Bundan əlavə, Trampın memkoin dəyəri 10% ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.