Qəza törədən avtobus sürücüsü işdən azad edildi

14:16 - 9 Oktyabr 2017 - HADİSƏ

Bakıda qəza törədən sürücü marşrut xəttindən uzaqlaşdırılıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda yük maşını ilə toqquşan 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu idarə edən şəxs İmanov Elnur Cəmşid oğludur. Hadisədən dərhal sonra marşrutun sahibi sürücünün xətdən kənarlaşdırılması barədə göstəriş verib. Hazırda faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalar aparılır. Qeyd edək ki, bu gün saat 09:00 radələrində metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında 57 saylı marşrut avtobusu yük maşınını ötməyə çalışan zaman həmin avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən 2 nəfər xəsarət alıb.

Xəbər xətti