Myanma ilə Banqladeşin sərhədində Arakanlı müsəlmanları daşıyan qayıq batıb. Ucnoqta.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, ordunun zülmündən qaçaraq Banqladeşə sığınmaq istəyən 12 nəfər həlak olub. Onlardan 10-u uşaqdır. Hələlik hadisə zamanı qayıqda olanların 13 nəfəri xilas edilib. İtkin düşən 25 nəfərin axtarışı davam edir.