Sumqayıt Texnologiyalar Parkınının zavodunda top mərmisi tapılıb

09:11 - 8 Oktyabr 2017 - Xəbər

Sumqayıtda top mərmisi aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 6-da  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin olması  barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən oktyabrın 7-də Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 07 oktyabr 2017-ci il tarixində davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.apa

Xəbər xətti