Ramil Usubov Gəncədə qəbul keçirəcək
21:08 - 6 Oktyabr 2017 - Xəbər
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-də, saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.