Nazir: "Bu il rekord sayda abituriyent tələbə adını qazanıb"

13:49 - 6 Oktyabr 2017 - Xəbər

 “Bu il rekord sayda, yəni 37 500-ə yaxın abituriyent tələbə adını qazanıb”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu da orta qəbul balının artması ilə bərabər baş verir: “Başqa sözlə, tələbə sayının artımı ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə baş verir. Bu da öz növbəsində o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”. report

Xəbər xətti