2025-ci ilə qədər Rusiyada pensiyaçıların sayı 40 mln.-a çatacaq. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Vovçenko deyib. Onun sözlərinə görə, həmin vaxt pensiyaçılar əhalinin 27%-ni təşkil edəcək. Hazırda bu nisbət 24,6%-dir. Başqa sözlə, Rusiyada yaşlı insanların sayı arta-arta gedəcək. Xatırladaq ki, Rusiya Nazirlər Kabineti Dövlət Dumasına 2018-ci ildə pensiyaların sığorta hissəsinin indeksasiya edilməsi barədə qanun layihəsi təqdim edib.