Las-Veqas qatilinin sevgilisi: O, mehriban adam idi

11:56 - 5 Oktyabr 2017 - HADİSƏ

Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokun sevgilisi onun planları barədə bilmirmiş. Trend-in məlumatına görə, bu barədə qadının vəkili tərəfindən yayılmış bəyanatında deyilir.

62 yaşlı Merilu Denli bildirib ki, S.Peddok onu Filipppinə yola salarkən o, ayrılacaqlarından qorxub: “Mən Stiveni mehriban, qayğıkeş və sakit adam kimi tanımışam. Mən onu sevirdim və ümid edirdim ki, bizi birgə sakit gələcək gözləyir”.

Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara "Mandalay Bay Hotel" mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb.

Xəbər xətti