Şəmkirdə maskalı şəxslər evə basqın ediblər. Hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.
Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.
Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır. report