“Əli və Nino” bu şəkilə görə üzr istədi- FOTO

16:58 - 4 Oktyabr 2017 - Cəmiyyət

Yarıçılpaq müəllim şəkli dizaynerin "zarafat"ı imiş
 

“Əli və Nino” kitab mağazaları şəbəkəsi 5 oktyabr müəllimlər günü ilə bağlı 4-10 oktyabr tarixlərində kitablara endirim kampaniyasına başlayıb. Kampaniya üçün hazırlanmış poster sosial şəbəkədə tənqidlərə səbəb olub. Posterdə yarıçılpaq müəllimə şəkli verilib. 
Soaial şəbəkədə yazılmış çoxsaylı tənqidlərdən sonra şəkil kitab mağazasının feysbuk səhifəsindən silinib və səhifədə üzrxahlıq məlumatı yerləşdirib:
"Aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı" idi. Buna görə hamıdan üzr istəyirik! Aksiyamız davam edir, yolunuzu gözləyirik!"

Xəbər xətti