Akif Çovdarov son söz deyir: "Ölkəm, vətənim üçün xitmət aparmışam"

13:49 - 4 Oktyabr 2017 - Xəbər

Akif Çovdarov : "Ölkəm, vətənim üçün xitmət aparmışam"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarova söz verilib.
O, 20 səhfədən ibarət çıxış hazırlayıb və son söz deməyə başlayıb.
Akif Çovdarov ittihamları qəbul etmədiyini bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 Akif Çovdarov son sözündə ölkədə xidmətlərinin olduğunu deyib: "MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb. Mən ölkəm üçün, vətənim üçün xitmət aparmışam. İttihamların da hamısı qərəzlidir".
Proses qapalı keçirilir.

Hazırda prosesdə fasilə elan olunub.

 

Xəbər xətti