Ağstafa rayonunda yerli sakin özünü güllələyərək öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yenigün kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 30 yaşlı Emin Mahir oğlu Yaqubəliyev özünü güllələyərək öldürüb.
Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.