Rusiyanın Komandor adalarında 4,8 bal gücündə zəlzələ olub

09:51 - 4 Oktyabr 2017 - HADİSƏ

Berinq dənizində, Komandor adaları yaxınlığında 4,8 bal gücündə zəlzələ olub. "Report"un məlumatına görə, bu barədə "İnterfsx" agentliyi Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən xəbər verib. Xəbərdə bildirilir ki, seysmik hadisə yerli vaxtla səhər qeydə alınıb. Zəlzələnin episentri 39 kilometr dərinlikdə, Berinq dənizindəki Nikolsk kəndindən 62 kilometr şərqdə qeydə alınıb. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Xəbər xətti