Azərbaycanın hərbi gəmiləri İrana gedib

17:11 - 3 Oktyabr 2017 - Xəbər

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Xəbər xətti