Daxili İşlər Nazirliyi oktyabrın 2-də Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. Saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.