Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. ("Report")