Geomaqnit qasırğasının səviyyəsi yüksəlib

10:20 - 28 Sentyabr 2017 - HADİSƏ

Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib. Ucnoqta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək. Onun sözlərinə görə, kosmik hava şıltaqlıqlarının (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təzyiq dəyişmələri, külək və s.) ilə tandemi insanlar üçün neqativ effektləri daha da artırır.  

Xəbər xətti