Daşkəsəndə bələdiyyə sədri ehtiyatsızlıqdan ölüb

13:01 - 27 Sentyabr 2017 - HADİSƏ

Daşkəsən sakini bədbəxt hadisə nəticəsində ölüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Zinzahal kənd bələdiyyəsinin sədri, kənd sakini, 1980-ci il təvəllüdlü Fizuli Quliyev meşədə ağac kəsən zaman ehtiyatsızlıq nəticəsində ağacın altında qalıb.
Ağır bədən xəsarətləri alan F. Quliyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti