Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə cəhd edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində cinayət işi açılıb, araşdırma aparılır.