İmişlidə məktəblini ilan sancıb. Ucnoqta.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Oruclu kəndində baş verib. Belə ki, Oruclu tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Amil ötən gün axşam saatlarında dərsdən çıxarkən onu qəfil ilan sancıb. Dərhal məktəblini valideynləri rayon xəstəxanasına aparıb.
Hazırda onun səhhəti qənəatbəxş deyil. Valideynləri H. Amili Bakıda xəstəxanaya gətirməyə hazırlaşırlar.