Gəncə şəhərində yük maşını yolu keçən 60-65 yaşlı qadını vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə qadının ərinin gözləri qarşısında baş verib.