"Məni zorlayanda sonra, üz-üzə gələndə gözlərimə belə baxmırdı". Azərbaycanda 12 yaşında zorlanan Samirə öz həyat hekayəsini ARB TV-də yayımlanan "Düz Bazar" verilişinə danışıb.
O, 12 yaşı olan zaman məktəbin ayaqyolusunda təcavüzə uğradığını bildirib. "Hadisə məktəbin ayaqyolusunda baş verdi. Məni zorlayanda sonra üz-üzə gələndə gözlərimə belə baxmırdı. Sanki belə hadisə olmayıb. Məni tanımırmış kimi rəftar etdi. Başıma gələnləri anama danışdıqdan sonra məni qəbul etmədi. Xalamla yaşamalı oldum". (goldnews.az)