Bakıda intihar olub. Ucnoqta.az xəbər verir ki, Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun F. Qəmbərov küçəsi ev 3, mənzil 31 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev evində quraşdırdığı turnikdən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.