Bakıda restoranda müştəri ürəktutmasından ölüb

08:49 - 24 Sentyabr 2017 - HADİSƏ

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, "Tbilisi" restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb. Və dünyasını dəyişib. Onum meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə zamanı məlum olub ki, T. Novruzov ürək tutmasından ölüb. Araşdırma davam etdirilir.

Xəbər xətti