Yevlax sakinini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar

12:55 - 23 Sentyabr 2017 - HADİSƏ

Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar.   Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb.  Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub və daha sonra yaralı vəziyyətdə su kanalına atılıb. Ancaq yaralı xeyli qan itirməsinə baxmayaraq, ölməyib və telefonla yaxınlarına xəbər verib. Nəticədə doğmaları onu taparaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir.  Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti