Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

09:29 - 23 Sentyabr 2017 - HADİSƏ

Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır. Hazırda hadisəni törədən şəxs saxlanılıb.

Xəbər xətti