Dünya şöhrətli aktyor Tom Kruz 2015-ci ildə “American Made” adlı filmin çəkilişləri zamanı həlak olan təyyarəçilər - Alan Purvin ilə Karlos Berlin ölümündə ittiham olunur. Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu, həlak olan təyyarəçilərin qohumları tərəfindən irəli sürülüb. Ailə üzvləri bildirib ki, T.Kruz filmin rejissorundan çəkiliş gününü uzatmağı tələb etdiyindən, təyyarəçilər daha gərgin şəraitdə uçuş həyata keçirməli olublar və nəticədə içərisində 3 nəfər təyyarəçinin olduğu təyyarə Kolumbiyada dağa çırpılıb. Onlardan ikisi həlak olub, biri isə ağır bədən xəsarəti alaraq, yerimə qabiliyyətini itirib. Qeyd edək ki, Tom Kruz filmdə baş rolda təyyarəçi Barri Silin obrazını canlandırıb.