Bakıda özünü 17-ci mərtəbədən atan şəxsin adı açıqlanıb

13:20 - 20 Sentyabr 2017 - HADİSƏ

Bakı şəhəri, Nəsimi rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən şəxsin adı açıqlanıb. Özünü öldürən şəxsin 1986-cı il təvəllüdlü Nuri Mirzəyevdir.
Qeyd edək ki, hadisə Mirəli Qaşqay küçəsindəki binalardan birində baş verib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti