Sabaha olan hava məlumatı açıqlanıb

12:14 - 20 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  40-45 % olacaq. 
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 Şərq küləyi əsəcək.
 Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbər xətti