Rusiyada dünya çempionunu öldürən azərbaycanlı könüllü təslim olub

09:52 - 19 Sentyabr 2017 - HADİSƏ

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov könüllü təslim olub.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir. Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.

Xəbər xətti