Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti aparılan ərazidə 1 nəfər azyaşlı bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Uşaq dərinliyi təqribən 2 m olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.