Qaradağ rayonunda 52 yaşlı kişi intihar edib. Hadisə rayonun Qobustan qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1965-ci il təvəllüdlü Ədalət Əli oğlu Eyvazov yaşadığı evin yardımçı otağında özünü asaraq intihar edib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi il cinayət işi açılıb, araşdırma aparılır.report