Abşeronda 2 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb

09:28 - 18 Sentyabr 2017 - HADİSƏ

 Abşeronda binanın 5-ci mərtəbəsindən yerə yıxılan körpə sağ qalıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.
Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Araşdırma aparılır.

Xəbər xətti