Ağdaş sakinini elektrik cərəyanı vurub
10:39 - 16 Sentyabr 2017 - HADİSƏ
Ağdaş sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da gecə saat 05:00 radələrində Ağdaş şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlu işlədiyi sexdə köhnə elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə cərəyan onu vuraraq öldürüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.