İsveçin cənubundakı Skon bölgəsində avtomobillərin reydi zamanı bomba yüklü avtomobil aşkar edilib. Ucnoqta.az publika.az-a istinadən xəbər verir ki, polis avtomobili iki şəhər arasındakı magistral yolda aşkar edib. İsveç Nəqliyyat Agentliyinin sözçüsü Katarina Volfram avtomobilin aşkarlandığı bölgədəki yolların istifadəyə bağlandığını bildirib. Hazırda bombanı zərəsizləşdirmək üçün işlər aparılır. O, avtomobil sahibinin polis tərəfindən nəzarətə götürüldüyünü bildirib.