Aşıq Ədalət dünyasını dəyişdi. Ucnoqta.az xəbər verir ki, bu barədə Yenicag.az-a aşığın oğlu Hekayət Nəsibov məlumat verib:
“Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl gözlərini yumdu. Son sözləri hamımızı ağlatdı Dedi ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin”.