Bakıda tələbə intihar edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.