Ağdaş rayonunda ilansancma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Nemətabad 1990-cı il təvəllüdlü Əliyev Mahmud Bayram oğlu yaşadığı evin həyətində təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb. Ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M. Əliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, bu yay mövsümündə Ağdaşda 8 nəfəri ilan və digər zəhərli həşəratlar sancıb.